AZ

Nəhayət, Rus İcması İmişlidə “Georgi lenti” məsələsinə münasibət bildirdi: “Mən və müavinlər orda olmuşuq”

"Rus İcmasının İmişlidə baş tutan tədbirin təşkilatçıları ilə onların heç bir əlaqə yoxdur".

Bunu Milli Məclisin deputata, Azərbaycan Rus İcmasının üzvü Mixail Zabelin bildirib.

Onun sözlərinə görə, İmişlidə mayın 9-10-da İkinci Dünya müharibəsində Qələbə münasibətətilə keçirilən tədbirlərdə Rus İcmasının üzvləriyalnız qonaq qismində iştirak ediblər: "Mən və müavinlər orda olmuşuq və İcmanın əsas diqqəti milli qəhrəmanların xatirəsini yad etməyə yönəlib".

M. Zabelin əlavə edib: “Rus İcması bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun 60 illik yubileyini keçirildi. Polad Həşimov və Albert Aqarunovla bağlı da tədbirlərimiz olub.

Biz həmişə milli mədəni dəyərlərimizi qoruyub saxlamışıq. Bir daha təkrar edirəm, İmişlidə baş tutan tədbir ilə bağlı bizim heç bir əlaqəmiz yoxdur”.

Xatırladaq ki, mayın 9-da İmişlidə keçirilən tədbirdə sovet bayrağı və "Georgi lenti" ilə bağlı qalmaqal cəmiyyətdə xeyli müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının (AŞ) sədri vəzifəsində Saleh Səmədovu əvəz edən Vahid Tağıyev öz “Facebook” hesabında  qeyd edib ki, onun yaxasına “Georgi lenti”ni məhz Rus İcmasının sədr müavini taxıb:

"Rayon ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsi üçün qoyulmuş abidənin təmirdən sonra açılışına Bakıdan Rus İcmasının nümayəndələrinin də gəlməsi gözlənilirdi. Bakıdan gözlənilən gecikmiş heyət gəlib çatdı, onlarla abidənin önünə əklil qoymaq ərəfəsində qarşılaşdıq.

Təxminən 2 metrə yaxın boyu olan biri (sonra öyrəndim ki, bu şəxs Rus İcmanın sədr müavini imiş) bizə çatıb salam verən kimi tələsik lent paylamağa başladı, şəxsən mənim yaxama həmin lenti özü asdı. Mən o anda bunun nə lenti olduğunu ayırd edə bilmədim. Ancaq mənə tanış olmayan bu lent intuisiya ilə məni narahat edirdi. Əlbəttə, həmin an bilsəm ki, bu nəyin rəmzidir, heç bir halda yaxın buraxmazdım və bu hərəkətə etiraz edərdim".

İmişli Ağsaqqallar Şurasının hər iki sədri istefa verib. Saleh Səmədov isə bu yaxınlarda vergi qanunsuzluğuna görə həbs olunub.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
255
2
yenisabah.az

10Mənbələr