AZ

İngiltərə nəhəngi qanalı ulduz üçün 101 milyon avro ödəyə bilər

"Vest Hem"in və Qana millisinin yarımmüdafiəçisi Mohammed Kudus karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Xəbərə görə, 24 yaşlı futbolçunun xidmətində "Çelsi" maraqlıdır. Mənbə "zadəganlar"ın hələ "çəkicdöyənlər"ə rəsmi təklif göndərmədiklərini, lakin bunun baş vermək ehtimalının yüksək olduğunu vurğulayıb.

Qanalı oyunçunun müqaviləsindəki sərbəstqalma məbləği 85 milyon funt-sterlinq (təxminən 101 milyon avro) təşkil edir.

Orta xətt oyunçusu geridə qalan mövsümdə "Vest Hem" forması ilə 35 matça çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Nihat

Seçilən
63
fanat.az

1Mənbələr