Bakı. Trend:
ABŞ-nin “Boeing” şirkəti 2018-2019-cu illərdə iki “737 MAX”təyyarəsinin qəzası ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün1,1 milyard dollar ödəyəcək.
Trend xəbərverir ki, Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC)saytındakı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi ilə razılaşmasazişi şirkətin uyğunluq, təhlükəsizlik və keyfiyyət proqramlarınıgücləndirmək üçün 455 milyon dollar yönləndirməsini nəzərdətutur.
“Boeing” həlak olanların ailələrinə 444,5 milyon dollarödəyəcək. O, həmçinin 487,2 milyon dollar cərimələnib, lakin buməbləğin yarısını artıq 2021-ci ildə ödəyib.
Razılaşma sayəsində şirkət təyyarə qəzaları ilə bağlı iyunun23-də başlaması planlaşdırılan məhkəmə prosesindən yayınacaq.Xatırladaq ki, iki təyyarə qəzası nəticəsində 346 nəfər həlakolmuşdu.