"Qarabağ"ın yay təlim-məşq toplanışını harada keçirəcəyi bəlli olub.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, "köhlən atlar" 18 iyun - 2 iyul aralığında Bakıda toplanışda olacaq. Daha sonra Avstriyaya yollanacaq komanda 16 iyul tarixinə qədər bu ölkədə hazırlaşacaq. Klub rəsmisi toplanış çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblərin adlarının dəqiqləşmədiyini bildirib.
Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi iyunun 18-də müəyyənləşəcək. Bu raundun ilk matçları 22-23 iyul, cavab qarşılaşmaları 29-30 iyulda gerçəkləşəcək.