AZ

Azərbaycanlı ixracatçılar bu il Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

Bakı, 5 iyun, AZƏRTAC

Apreldə Pekində keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransında iki ölkənin dövlət qurumları və özəl şirkətləri arasında 10-dan çox müqavilə imzalanıb. İmzalanmış investisiya layihələrinin ümumi dəyəri 335 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

“Bizim dəstəyimizlə bu il də Azərbaycan ixracatçılarının vahid ölkə stendi altında Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirakı planlaşdırılır. Azərbaycan ixracatçıları CIIE və Çin Beynəlxalq Xidmətlərin Ticarəti Sərgisi (CIFTIS) kimi tədbirlərdə mütəmadi olaraq iştirak edir”, - deyə Yusif Abdullayev vurğulayıb.

 

Seçilən
224
4
azertag.az

10Mənbələr