Ukrayna və Yaponiya ERA (Extraordinary Revenue Acceleration) proqramı çərçivəsində 3 milyard dolların alınması üçün saziş imzalayıblar.

İndex.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə bildirib.

“Vəsaitlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək”, – o qeyd edib.

Onun sözlərinə görə, ERA proqramının həyata keçirilməsi çərçivəsində Ukrayna artıq 14,7 milyard dollar alıb.