"Yuventus" Fransa millisinin futbolçusu Pyer Kalyulyu ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Turin klubunun mətbuat xidməti yayıb.
Ötən mövsümü icarə əsasında A Seriyasının digər klubu "Milan"da keçirən 25 yaşlı müdafiəçi müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Qeyd edək ki, Kalyulyu "Yuventus"un forması ilə bütün turnirlərdə 39 matça çıxaraq 1 qol vurub.