"River Pleyt"in hücumameyilli yarımmüdafiəçisi Franko Mastantuono karyerasını "Real Madrid"də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, İspaniya nəhəngi bu keçid üçün Argentina klubuna 45 milyon avro ödəyəcək. Mənbə gənc oyunçunun müddəti 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağını vurğulayıb.
Qeyd edək ki, Mastantuono 2019-cu ildə "River Pleyt"in strukturundadır. O, 2024-cü ildən əsas komandada çıxış edir. Buenos-Ayres təmsilçisinin əsas komandasında 61 matça çıxan Franko 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat