Argentina çempionatının Apertura adlanan ilk mərhələsi sona yaxınlaşır. Artıq finalçılar müəyyənləşib.
Xatırladaq ki, 1/8 finalın ümumi nəticəsi böyük ölçüdə gözlənildiyi kimi olsa da, 1/4 finalının bütün oyunları gözlənilməz nəticələrlə yadda qalmışdı. Şübhəsiz, Argentina nəhəngləri - “Boka Xuniors” və “River Pleyt”in yarımfinala çıxa bilməməsini xüsusi vurğulamalıyıq.
Bu mərhələnin ilk oyunu Avelyanedada keçirildi. Yerli “İndependyente” əvvəlki mərhələnin səfər oyununda “Boka Xuniors”a minimal hesabla qalib gəlmişdi. “Atletiko Urakan”nın finala adlamaq şansı həm də meydan amilinə görə bir qədər aşağı dəyərləndirilirdi. Lakin 64 yaşlı Frank Kudelkanın çalışdırdığı komanda çətin səfər oyununda “İndependyente”dən heç də zəif görünmədi.
90 dəqiqəlik mübarizə qolsuz heç-heçə nəticələndi və reqlamentə əsasən, qalib əsas vaxt sona çatan kimi penalti seriyası ilə müəyyənləşdi. Bu sınaqdan isə 6:5 hesabıyla “Atletiko Urakan” üstün çıxdı.
Yarımfinalın digər oyunu isə Buenos Ayresdə baş tutdu. Yerli “San Lorenso”un finala çıxmaq şansı bir qədər yüksək idi. Lakin Migel Russonun komandası bu fürsətdən yararlana bilmədi.
Xatırladaq ki, “Platense” əvvəlki iki mərhələdə “Rasinq”i (1:0) və “River Pleyt”i (1:1, p.- 4:2) mübarizədən kənarlaşdırmaqla sürprizə imza atmışdı. Favio Orsinin komandası bu dəfə də rəqib meydanında uğurlu nəticəyə nail oldu. Meydana 70-ci dəqiqədə çıxan Sapiola Yamartinonun 2 dəqiqədən sonra vurduğu qol pley-offda daha bir sürprizi reallaşdırdı.
Beləliklə, iyunun 1-də keçiriləcək finalda “Atletiko Urakan” ilə “Platense” qarşılaşacaq.
yarımfinal
İndependyente - Atletiko Urakan 0:0, p. - 5:6
San Lorenso - Platense 0:1
Sapiola Yamartino, 72.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta