"Liverpul" kolumbiyalı vingeri Luis Diası "Barselona"ya satmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in də istədiyi Dias "Liverpul"dan ayrılmaq fikrində deyil.
Qeyd edək ki, Mersisayd klubu sözügedən oyunçu 2022-ci ildə "Portu"dan alıb. O, "qırmızılar"ın forması ilə ümumilikdə 148 matça çıxaraq 41 qol və 23 məhsuldar ötürməyə ilə yadda qalıb. Dias geridə qalan mövsümündə 17 qolla diqqət mərkəzinə düşüb.