"Şamaxı" klubunda daha bir ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Murad Vəliyev 2025-26 sezonunda Ayxan Abbasovun komandasında yer almayacaq. Klub 23 yaşlı vinger ilə müqavilə şərtlərinə əsasən tərəflər arasında razılaşmanın müddətini yeniləməyib.
Qeyd edək ki, "Şamaxı" daha öncə Kamal Bayramov, Fəxri Məmmədli, Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik ilə vidalaşıb.