"Rolan Qarros"da qadınların mübarizəsində finalçılar müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında böyük duel gerçəkləşib. Dünya 1 nömrəsi Arina Sabalenka ilə 4 qat "Rolan Qarros" çempionu İqa Şvyontek üz-üzə gəlib. Qarşılaşmada ilk seti Sabalenka qazanıb - 7:6 (1). İkinci setdə hesab bərabərləşib - 6:4.

Həlledici setdə dünya 1 nömrəsi rəqibinə aman verməyib - 6:0. İqa Parisdə 26 matçdan sonra ilk dəfə məğlub olub. O, son 3 turnirin qalibi idi.

Digər görüşdə isə Koko Qauff ilə turnirin sürprizi Lois Buasson qarşılaşıb. Koko rəqibinə çətinlik çəkmədən məğlub edib - 6:1, 6:2.

Buasson barədə onu deyək ki, 22 yaşlı fransız turnirdən əvvəl WTA cədvəlində 361-ci yerdə idi. O, yarımfinala yüksəlməklə 1-ci gün açıqlanacaq yeni cədvəldə 65-ci yerə qalxacaq.

Qauff ilə Sabalenka arasındakı final görüşü iyunun 7-də keçiriləcək. Qeyd edək ki, hansı tenisçi qalib gələrsə, "Rolan Qarros"da ilk çempionluğunu qazanacaq.