İngiltərənin "Liverpul" klubu kolumbiyalı cinah hücumçusu Luis Diasın transferi ilə bağlı "Barselona"nın etdiyi rəsmi təklifi rədd edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə nüfuzlu "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yeni baş məşqçi Arne Slot 28 yaşlı futbolçunu növbəti mövsüm üçün əsas heyət planlarına daxil edib və onun komandada qalmasını istəyir. Diasın transferinə yalnız "Barselona" deyil, eyni zamanda Səudiyyə Ərəbistanının bir neçə klubu da maraq göstərməkdə davam edir.
Luis Dias 2022-ci ilin yanvarında "Portu" klubundan "Liverpul"a transfer olunub və qısa müddət ərzində Premyer Liqa təmsilçisinin əsas oyunçularından birinə çevrilib. Onun klubla olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.