AZ

Livan və BMT İsraili atəşkəsə çağırdı

BAKI, 6 iyun. TELEQRAF

Livanın Baş naziri Nəvaf Salam İsrailin Beyrut şəhərinə zərbələr endirməsini pisləyib.

Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, baş nazir İsraili Qurban bayramı ərəfəsində və yay turizm mövsümü başladığı bir zamanda Livanın təhlükəsizliyini, sabitliyini və iqtisadiyyatını sistemli şəkildə və qəsdən pozmaqda ittiham edib.

Salam beynəlxalq ictimaiyyəti İsraili təcavüzü davam etdirməkdən çəkindirməyə və onu Livan ərazisindən tam çıxmağa məcbur etməyə çağırıb.

BMT-nin Livandakı Xüsusi Əlaqələndiricisi isə atəşkəsi daha da zəiflədə biləcək hər hansı hərəkətləri dayandırmağa səsləyib.

O, tərəfləri “lazımsız və təhlükəli gərginliyin" qarşısını almaq üçün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

Seçilən
155
teleqraf.com

1Mənbələr