AZ

Özbəkistan millisi dünya çempionatında oynamaq hüququ qazandı

Futbol üzrə Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, sözügrdən yığma final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə qarşılaşıb.

0:0 hesablı bərabərliyə razılaşan qonaq komanda DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olublar (9 oyundan 18 xal).

Bugünkü heç-heçə onların BƏƏ üzərində dörd xallıq üstünlüyünü qorumağa imkan verib.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Seçilən
171
fanat.az

1Mənbələr