AZ

Putinin fəaliyyətini rusların görün neçə faizi PİSLƏYİB

Vladimir Putinin Rusiya prezidenti kimi fəaliyyətini vətəndaşların 82 faizi müsbət qiymətləndirir.

Publika.az xəbər verir ki, bunu İctimai Rəy Fondunun (FOM) saytında dərc olunan sorğunun nəticələri sübut edir.

Eyni məlumatlara görə, rusiyalıların 6 faizi dövlət başçısının fəaliyyətinə mənfi münasibət bəsləyir, daha 12 faizi cavab verməkdə çətinlik çəkib. Bundan əlavə, respondentlərin 81 faizi prezidentə etimad göstərdiyini bildirib. Respondentlərin 10 faizi müvafiq suala mənfi cavab verib, 9 faizi qərarsız qalıb.

FOM-un bildirdiyinə görə, sorğu mayın 30-dan iyunun 1-dək Rusiyanın 51 regionunun 97 yaşayış məntəqəsində aparılıb. Burada yaşı 18-dən yuxarı olan 1500 nəfər iştirak edib.

Seçilən
148
publika.az

1Mənbələr