Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti matçını sabah Monteneqro millisinə qarşı keçirəcək.