AZ

Bişkekdə özəl uşaq bağçasında narkolaboratoriya aşkar edilib

Qırğızıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Xidmətinin əməkdaşları Bişkekdə özəl uşaq bağçası altında fəaliyyət göstərən qeyri-qanuni narkotik laboratoriyası aşkar edərək onu ləğv ediblər.

Bu barədə 7News.Az Qırğızıstan KİV-ə istinadən xəbər verir.

Keçirilən əməliyyat-axtarış tədbirləri və ünvanda aparılan axtarış nəticəsində marixuananın elit sortlarının yetişdirilməsi üzrə ixtisaslaşmış avtomatlaşdırılmış laboratoriya aşkar edilib. 19 kol narkotik tərkibli bitki, 54 qram həşiş, o cümlədən çətənə becərilməsi üçün avadanlıq aşkar edilərək müsadirə edilib.

Xidmətin məlumatına görə, məkan "Rastişka ABC” özəl uşaq bağçasının nişanı altında fəaliyyət göstərsə də, əslində oradan gizli laboratoriya kimi istifadə edilib. Qanunsuz fəaliyyət üzvləri bir-biri ilə qohum olan mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilib. Narkotiklər internet vasitəsilə yayılıb.

Qrupun 5 üzvü saxlanılıb. İlkin hesablamalara görə, müsadirə edilmiş narkotik vasitələrin qara bazarda satışından əldə edilə biləcək potensial gəlirin məbləği təxminən 25 milyon som (təxminən 286 min ABŞ dolları) qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, ibtidai araşdırma aparılır.
 

Seçilən
79
41
7news.az

10Mənbələr