İngiltərənin “Arsenal” klubu braziliyalı futbolçusu Qabriel Maqalyaynsla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı London klubunun mətbuat xidməti yayıb.
27 yaşlı müdafiəçi müddəti 2029-cu ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Qeyd edək ki, Maqalyans 2020-ci ildə Fransanın “Lill” klubundan “Arsenal”a transfer olunub. O, “topçular”ın heyətində ümumilikdə 210 oyun keçirib və 20 qol vurub.