Göygöl rayonunda oğul anasını döyüb.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, 1954-cü il təvəllüdlü Həqiqət Alıyeva döyülmə xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
71 yaşlı qadına tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadını öz oğlu pula görə döyüb.