AZ

Milyarder Ceyms Dayson 70 milyon dollarlıq yaxtası ilə Kaşa gəldi - FOTO - VİDEO

Milyarder

Milyarder Ceyms Dayson, torbasız elektrikli süpürgə və quruducu maşınların ixtiraçısı olaraq, Antalya'nın Kaş bölgəsinə gəlib. Milyarder70 milyon dollar dəyərində olduğu bilinən 1930-cu il istehsalı lüks yaxta ilə gələn Dayson, bu mövsüm tətil üçün Aralıq dənizini seçən ilk milyarder oldu. Milyarder keçən il iyun ayında da Marmarisi seçmiş və "The Nahlin" yaxtasını demirə vurmuşdu.Daysonun sahibi olduğu "The Nahlin" yaxtası adi bir yaxta deyil. Tarixi yaxta 1930-cu ildə İngiltərənin o dövrdə ən zəngin qadını olan Anni Henrietta Yule üçün inşa edilmişdi. Sonradan Rumıniya Kralı Karol II və Böyük Britaniyanın keçmiş Lordlar Palatası üzvü Ser Entoni Bamford da yaxtanın sahibləri olmuşdu. Gəmini son olaraq Ceyms Dayson satın almış və yenidən bərpa etdirmişdi.Ulusum.az

Diqqət Çəkənlər

BioNTech və BMS 11,1 milyardlıq əməkdaşlıqla xərçəng dərmanı üzərində işləyir

SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans

Marketlərə çörək payladığı avtomobillə narkotik satırmış

Seçilən
181
ulusum.az

1Mənbələr