AZ

İştirakçı sayı artırıldı

Avropanın ən nüfuzlu klub basketbol turniri olan Avroliqada 2025/26 mövsümündən etibarən iştirakçıların sayı 18-dən 20-yə çatdırılacaq.

"Football-plus.az" xəbər verir ki, yeni mövsümdən yarışa “Valensiya”, “Hapoel” (T-Ə) və “Dubay” da qoşulacaq. “Alba” isə könüllü şəkildə turniri tərk edərək FIBA Çempionlar Liqasına keçib.

Amma mövsümün formatı dəyişməyəcək: ilk 6 yeri tutanlar birbaşa pley-offa vəsiqə qazanacaq, əlavə 4 komanda pley-in mərhələsində mübarizə aparacaq. 34 əvəzinə 38 tur keçiriləcək. “4-lər” finalı Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.

Seçilən
143
football-plus.az

1Mənbələr