AZ

Tovuzda evlərini yandıran şəxs anasını qətlə yetirib

Tovuz, 6 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı Aliyə Namazovaya və anası, 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.

Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
95
azertag.az

1Mənbələr