AZ

Qazaxıstan bu NATO ölkəsi ilə hərbi əməkdaşlığa başlayır

Qazaxıstan Müdafiə Nazirliyinin idarə rəisi, polkovnik Erboli Kumarbekulinin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniya ilə hərbi əməkdaşlığın başlanmasına dair sənəd imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilib.

Sənəd Londonda imzalanıb. Dövlətlərin nümayəndələri ikitərəfli hərbi əməkdaşlığın cari məsələlərini və qarşılıqlı fəaliyyətin perspektiv sahələrini müzakirə ediblər. Qazaxıstan hərbçiləri Böyük Britaniyanın hərbi təhsil müəssisələrində ali hərbi təhsil ala biləcəklər.

“Tədbirdən sonra tərəflər Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında 2025-2026-cı illər üçün Hərbi Əməkdaşlıq Planı imzalayıblar”, – deyə məlumatda bildirilir.

Seçilən
417
24
publika.az

10Mənbələr