
Prostat vəzi xəstəlikləri arasında prostat xərçəngi, yaşlı kişilər üçün ən ciddi təhlükələrdən biridir. Yalnız ağciyər xərçəngindən sonra ikinci yerdə qərarlaşan bu xəstəlik xüsusilə 60–70 yaş aralığında geniş yayılıb. “SM-Klinika”nın onkouroloqu Anton Odeqnal “Gazeta.ru”ya verdiyi müsahibədə prostat xərçənginin ilk əlamətləri və erkən diaqnozun əhəmiyyəti barədə məlumat verib.Həkimin sözlərinə görə, xəstəliyin 70%-dən çoxu 60 yaşdan yuxarı kişilərdə aşkarlanır. Amma son illər gənc yaşlı kişilər arasında da bu diaqnozla qarşılaşanların sayı artır.“Prostat xərçəngi digər onkoloji xəstəliklərə nisbətən daha yavaş inkişaf edir və uzun müddət heç bir simptom verməyə bilər. Bu isə kişilərdə sağlamlıq illüziyası yaradır”, – deyə Odeqnal bildirib.Lakin şiş böyüdükcə xəstəliyin əlamətləri də ortaya çıxır və bu adətən gecikmiş mərhələlərdə baş verir. Şiş sidik kanalına təzyiq etdikdə, sidik ifrazında problemlər yaranır. Daha ağır hallarda isə xərçəng sümüklərə, sidik kisəsinə və bağırsaqlara metastaz verə bilər.Prostat xərçənginin xəbərçisi olan simptomlar:Sidikdə qan və ağrılı sidik ifrazıİstəmədən sidik qaçırma, gecə tez-tez sidiyə çıxmaqSidik kisəsinin tam boşalmaması hissiCinsiyyət orqanlarında ödem, qasıqda limfa düyünlərinin böyüməsiCinsi zəiflik, ereksiya problemləriMütəxəssis PCA (prostat-spesifik antigen) testinin də vacibliyini vurğulayıb. 4 ng/ml-dən yuxarı nəticə prostatda patologiyanın başladığını göstərir, 10 ng/ml və daha çox isə çox vaxt bədxassəli şiş və metastaz ehtimalı deməkdir."Əgər kişi vaxtaşırı müayinədən keçərsə və PSA analizini etdirərsə, prostat xərçəngi erkən mərhələdə aşkarlana bilər. Bu mərhələdə müalicə uğuru 98%-ə qədər çatır", – deyə Odeqnal vurğulayıb.Ulusum.az
Diqqət Çəkənlər
SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans
Marketlərə çörək payladığı avtomobillə narkotik satırmış
Trampdan sərt qadağa: 12 ölkənin vətəndaşlarına ABŞ qapısı bağlandı