"Atalanta"nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az "Sky Italia"ya istinadən xəbər verir ki, Can Pyero Qasperininin tərk etdiyi postu İvan Yuriçə tapşırılacaq.
Xorvat mütəxəssis iki illik müqaviləyə imza atacaq.
49 yaşlı Yuriç 2024-cü ilin dekabrından "Sauthempton"u çalışdırırdı. O, komandası Çempionşipə düşdükdən sonra vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Yuriç daha öncə İtaliyada “Roma”, “Torino”, “Verona” və “Cenoa”nı da çalışdırıb. “Atalanta” A Seriyasında 2024/2025 mövsümünü 74 xalla 3-cü pillədə tamamlayıb.