AZ

Yaponiyanın Ay enişi cəhdi yenə uğursuz oldu

BAKI, 6 iyun. TELEQRAF

Yaponiyanın özəl kosmos şirkəti "ispace"in Ay səthinə ikinci eniş cəhdi də uğursuzluqla nəticələnib.

Teleqraf xəbər verir ki, bu barədə "Nature Astronomy" nəşri məlumat yayıb.

Bildirilib ki, "HAKUTO-R Mission 2" (M2) adlı aparat 5 iyun gecəsi Ay orbitindən enişə başlasa da, səthə 192 metr qalmış onunla əlaqə itib.

Şirkət bildirib ki, aparat məsafə ölçən məlumatları vaxtında ala bilmədiyi üçün eniş sürətini tənzimləyə bilməyib və gözlənildiyindən daha sərt düşüb. Yenidən işə salma cəhdi də nəticə verməyib.

Əgər M2 uğurla eniş etsəydi, bu, qeyri-Amerika kommersiya şirkəti üçün ilk belə nailiyyət olacaqdı. "İspace"in ilk cəhdi – M1 missiyası da 2023-cü ildə uğursuz olmuşdu.

Aparat uğurla eniş etsəydi, onun üzərində Yaponiya və Tayvandan elmi avadanlıqlar, qida və su sınaqları üçün cihazlar, habelə "Tenacious" adlı robot və isveçli rəssamın hazırladığı kiçik qırmızı ev Ay səthinə yerləşdiriləcəkdi.

Alimlər bu uğursuzluğu texniki problemlərlə izah edir və yaxın gələcəkdə həll edilə biləcəyini düşünürlər.

Seçilən
109
teleqraf.com

1Mənbələr