AZ

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

"Roma"nın yeni başq məşqçisi açıqlanıb.

Fanat.Az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Can Pyero Qasperiniyə tapşırılıb.

67 yaşlı mütəxəssis 3 illik müqaviləyə imza atıb.

"Canavarlar"ın rəsmi bəyanatı belədir: "Kluba xoş gəldiniz, cənab".

Qasperini 2016-cı ilin yayından çalışdırdığı "Atalanta"dan bugünlərdə ayrılıb. Berqamo təmsilçisi onun rəhbərliyi altında bütün turnirlərdə 439 matça (228 qələbə, 101 heç-heçə, 110 məğlubiyyət) çıxıb. Qasperini berqamolularla 2024-cü ildə finalda "Bayer Leverkuzen"i yenərək (3:0) Avropa Liqasının qalibi olub. "Atalanta" geridə qalan mövsümdə A Seriyasındakı mübarizəni 3-cü pillədə tamamlayıb.

Nihat

Seçilən
90
fanat.az

1Mənbələr