Qazaxıstan və Böyük Britaniya 2025-2026-cı illər üçün hərbi əməkdaşlıq planını təsdiqləyib.
SİA xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, saziş Londonda iki ölkənin müdafiə nazirliklərinin nümayəndələri tərəfindən imzalanıb.Sənəd sülhməramlılıq, dil hazırlığı və Qazaxıstan hərbi qulluqçularının Böyük Britaniya hərbi universitetlərində təhsili sahəsində əməkdaşlığı nəzərdə tutur.
Tərəflər həmçinin əməkdaşlığın genişləndirilməsi planlarını müzakirə edib, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
2024-cü ilin yazında Qazaxıstan və Böyük Britaniyanın xarici işlər nazirləri strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Bu sazişə əsasən Böyük Britaniya Mərkəzi Asiyada layihələrin həyata keçirilməsi üçün 50 milyon funt sterlinq ayırıb.
2023-cü ildə Qazaxıstan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edib.
Əli Babayev