AZ

Nazir istefa verdi: "İstefa ərizəmi Baş Nazirə təqdim etdim"

Yaponiyanın Ədliyyə naziri Katsuyuki Kavai həyat yoldaşı-millət vəkili Anri Kavai tərəfindən mümkün qanun pozuntuları haqqında məlumatların ortaya çıxmasından sonra baş verən qalmaqalla əlaqədar istefa verib.

Qafqazinfo  bildirir, o, Baş Nazir Sindzo Abe ilə görüşərək ona istefa ərizəsini ünvanlayıb.
"İnsanların qanuna olan inamı sarsılmamalıdır. İstefa ərizəmi Baş Nazir Şinzo Abeyə təqdim etdim”, -deyə nazir jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bu həftə Yaponiyanın "Syukan Bunsyun” həftəlik nəşri nazirin həyat yoldaşı Anri Kavainin qanunveriicilikdə nəzərdə tutulmuş normadan iki dəfə çox seçki qərargahının işçilərinə gündəlik müavinətlər ödədiyini iddia edib.

A. Kavai bu ilin iyulunda Yaponiya Liberal Demokrat Partiyasından Yaponiya parlamentinin yuxarı palatasının deputatı seçilib.

www.anews.az
Seçilən
109
anews.az

1Mənbələr