AZ

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

"Atalanta" rəsmi saytı vasitəsi ilə yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Berqamo təmsilçisi xorvatiyalı mütəxəssis İvan Yuriçə tapşırılıb.

Yuriç Can Pyero Qasperinini əvəzləyib.

2016-cı ildən "Atalanta"nı çalışdıran Qasperini bu gün "Roma"nın "sükanı arxası"na keçib.

Geridə qalan mövsümə "Roma"da başlayan Yuriç yanvardan "Sauthempton"a rəhbərlik edib. Sözügedən kollektiv Premyer Liqadan düşüb.

Nihat

Seçilən
124
fanat.az

1Mənbələr