AZ

Voleybol millimizdən ardıcıl üçüncü məğlubiyyət

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Qızıl Liqasında bu gün ikinci mərhələnin ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi millimiz Slovakiyada ev sahibləri ilə qarşılaşıb.

Aktivində set və xal olmayan Faiq Qarayevin yetirmələri 3-cü oyunda da bu tilsimi qıra bilməyiblər. Oyun Slovakiya yığmasının üstünlüyü ilə keçib. Hər 3 setdə qalib gələn rəqib mövsümdə ikinci qələbəsini qazanıb. Cari mövsümdə keçirdiyi hər 3 oyunda uduzan millimiz bu dəfə də setə həsrət qalıb.

Qızıl Avropa Liqasının ikinci turu Slovakiyanın paytaxtı Bratislavada keçirilir. Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub.

Voleybol yığmamız növbəti görüşünü sabah Monteneqro millisinə qarşı keçirəcək.

Qızıl Avropa Liqası
6 iyun

Azərbaycan – Slovakiya 0:3 (20:25, 12:25, 20:25)
Hakimlər: Bosko Miliç (Avstriya), İqor Şimpl (Slovakiya).
Bratislava, “Sport Hall Qopass Arena”.

Seçilən
153
arena.az

1Mənbələr