Sosial şəbəkənin fəaliyyətində problemlər Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə də qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytı məlumat yayıb. Məlumata görə, istifadəçilərin 3 %-i proqramın işində nasazlıqların olduğunu, 16 %-də videoların nümayiş olunmadığını, 81 %-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib. Ən çox şikayət ABŞ-dən edilib. Ölkənin 5 mindən çox vətəndaşı tətbiqin işindən şikayətlənib.