
Azərbaycana saxta pasportla daxil olmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb. 1991-ci il təvəllüdlü bu şəxs əvvəlcə Bəhreyn Krallığında biznes fəaliyyəti ilə məşğul olub, lakin uğur qazana bilmədikdən sonra Azərbaycanda biznes qurmaq məqsədilə ölkəyə gəlmək istəyib. Pasportunun müddəti bitdiyindən, Bəhreyndəki Pakistan səfirliyinə müraciət etsə də, yeni pasport ala bilməyib. Nəticədə, 700 ABŞ dolları ödəyərək saxta pasport əldə edib və Bəhreyn-Bakı reysi ilə Azərbaycana gəlmək istəyərkən hava limanında saxlanılıb. Araşdırmalar zamanı pasportunun saxta olduğu müəyyən edilib və o, 7 ay müddətinə azadlıqdan məhrum edilib.Ulusum.az
Diqqət Çəkənlər
Marketlərə çörək payladığı avtomobillə narkotik satırmış
Lerikdə dəhşətli qətl: Güllələnmiş meyit çay kənarında tapıldı
ABŞ yardımı dayandırsa Ukraynada daxili böhran yarana bilər