AZ

Boşandıqlarını etiraf etdi

Boşanma iddiaları ilə gündəmə gələn aktrisa Pelin Akillə Anıl Altan ayrılıblar.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Pelin Akil iştirak etdiyi tədbirlərin birində həyat yoldaşından ayrıldığını açıqlayıb:

"Ər-arvad olaraq yollarımızı ayırdıq. Amma uşaqlarımız olduğu, bir-birimizi çox sevdiyimiz və hər zaman birlikdə olduğumuz üçün həmişə birlikdə olacağıq. Amma bunu başqa bir şey kimi şərh etməyək".

Xatırladaq ki, “Arka Sıradakiler” serialının çəkilişlərində yolları kəsişən Pelin Akil və Anıl Altan 2016-cı ildə ailə qurublar. Cütlüyün iki övladı var.

Bizim.Media

Seçilən
149
bizim.media

1Mənbələr