AZ

Osimhenin razı olduğu maaş

Müqavilə ilə “Napoli”yə məxsus olan, başa çatan mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanıda davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, nigeriyalı hücumçu “Əl Hilal”a keçməyə razılıq verib. O, illik 37 milyon avro maaşa “hə” deyib.

“Əl Hilal” “Napoli” ilə danışıqları davam etdirir. Klub daha öncə italyanlara 65 milyon avro təklif etsə də, “yox” cavabı alıb.

Osimhen başa çatan mövsümdə 41 oyunda 37 qol vurub.

Seçilən
120
futbolpress.az

1Mənbələr