AZ

Spalletti: “Norveç millisinə ən yaxşı heyətimizlə uduzduq”

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti DÇ-2026-nın Norveç yığması ilə seçmə mərhələ oyununda məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, “skuadra adzurra” səfərdə gözlənilmədən böyük hesabla məğlub olub – 0:3.

Spalletti qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Biz, qaçılması mümkün olan ilk qolu buraxdıq, ardınca isə rəqib açıq məkanlardan istifadə etməklə, bizə çoxsaylı fəsadlar yaşatdı. Bundan sonra isə vəziyyət mürəkkəbləşdi.

Hesab 2:0 olduqda isə, onlar meydanın özlərinə aid hissəsinə keçdilər, bizə isə azad bölgələr tapmaq çətin oldu. Bundan başqa, oyundaşlaranı təkbətək çıxara biləcək oyunçularımızın yoxluğu da oyunda öz sözünü dedi.

Mən bu komandanı çalışdırıram və bu heyət, elə, mənim seçdiyim heyətdir, ona görə də mən bu oyunçularla işləməyə davam edirəm. Bizə, müyyən baxışları yaxşılaşdırmaq gərəkdir, çünki biz, topu itirməklə rəqiblərimizin üstünlük qazanmasına yol verə bilmərik. Bizim qiymətləndirməmizə görə, bu, ən yaxşı heyətdir, ona görə də biz onunla işləməyə davam edirik”, – “Rai Sport” 66 yaşlı italyan mütəxəssisdən sitat gətirir.

1-ci oyunundan sonra xalsız İtaliya yığması 2026-cı il dünya çempionatının Avropa bölgəsinin “I” qrupunda 5 komanda arsında 4-cü pillədə qərarlaşıb. Norveç yığması isə 3 oyundan mütləq nəticə – 9 xalla qrupa başçılıq edir.

Seçilən
92
31
arena.az

10Mənbələr