AZ

Bu türk dövlətində Leninin abidəsini götürdülər

Qırğızıstanın paytaxtından sonra ikinci ən böyük şəhəri Oşda Vladimir Leninin abidəsi sökülüb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a yerli sakinlər məlumat verib.

Sökülmə işləri iyunun 7-nə keçən gecə aparılıb. Oş rəsmiləri abidənin başqa yerə qoyulub-qoyulmayacağı və ya tamamilə sökülməsi barədə məlumat verməyiblər.

Abidə şəhərin mərkəzində, Sevgi parkının və Toktoqul Satılanov parkının yanında idi. Açıq mənbələrə görə, onun hündürlüyü təqribən 25 metr olub, təkcə regionda deyil, həm də dünyada Leninin ən hündür abidələrindən biri sayılıb.

Seçilən
200
50
publika.az

10Mənbələr