23 yaşlı ispan hücumameyilli yarımmüdafiəçi Qabriel Veyqa “Əl-Əhli”dən tamhüquqlu əsasda Portuqalya nəhəngi “Portu”ya keçib.
Arena.az bu barədə “Portu”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid “əjdahalar”a 15 milyon avro məbləğ müqabilində başa gəlib.
“Portu” ispan futbolçu ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqabilə imzalayıb.
Veyqa “Selta”nın məzunudur və karyerası ərzində Viqo təmsilçisinin və “Əl-Əhli”nin heyətində çxış edib.
2024/2025-ci illər mövsümündə Veyqa “Əl-Əhli” üçün 46 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə verib.
Qabriel Veyqa İspaniyanın U-18 və U-21 yığmalarına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə hələ çağırış almayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.