“Araz Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində növbəti dəfə meydana çıxıb.
"Football-plus.az" xəbər verir ki, 30 yaşlı futbolçusu Polşa millisinə qarşı səfərdəki yoxlama matçında əsas heyətdə yer alıb və sonadək oynayıb. Görüş Polşa komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, qapıçının əsas milli komandada 12-ci oyunu olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta