"Aztelekom" MMC "Universal Sales and Services" MMC-dən 34 min 150 manatlıq içməli su alacaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Universal Sales and Services" MMC "Aztelekom" MMC -nin elan etdiyi tender müsabiqəsinin qalibi olub.
Məlumat üçün bildirək ki, "Universal Sales and Services" MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. "Şirin su" ticarət nişanı adı ilə içməli su satışını həyata keçirir.
www.anews.az