AZ

"Tottenhem"də ara qarışdı: Futbolçular bu qərardan qəzəbləndilər

"Tottenhem"in futbolçuları baş məşqçi Anje Postekoqlunun vəzifəsindən uzaqlaşdırılmasından narazıdır.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Klub ötən gün avstraliyalı mütəxəssisin istefaya göndərildiyini rəsmən açıqlayıb. Mənbə yazır ki, bu qərardan sonra bir çox futbolçu yay transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.

59 yaşlı Postekoqlu 2023-cü ildən bəri "Tottenhem"ə rəhbərlik edirdi. Onun rəhbərliyi altında London klubu ötən mövsüm Avropa Liqasının qalibi olub. O, 2008-ci ildən bəri klubun ilk titulunu qazanmışdı.

Seçilən
243
20
publika.az

10Mənbələr