AZ

"Mançester Siti" futbolçusunu 40 milyon avroya satmağa razıdır


İngiltərənin "Mançester Siti" klubu futbolçusu Cek Qriliş ilə yollarını ayıra bilər.

Gender.az
xəbər verir ki, "şəhərlilər" 28 yaşlı vingeri 40 milyon avroya satmağa razıdır.

"Aston Villa", "Nyukasl", "Everton", "Vest Hem", İspaniyanın "Atletiko" və İtaliyanın "Napoli" klubu ingiltərəli oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Mançester təmsilçisi 2021-ci ildə Qrilişi 117 milyon avroya "Aston Villa"dan transfer edib. Bu, klub tarixində rekord göstəricidir.
Seçilən
158
gender.az

1Mənbələr