AZ

"Hörümçək toru" əməliyyatından yeni kadrlar

Ukraynanın 1 iyunda həyata keçirdiyi "Hörümçək toru" əməliyyatına dair yeni videogörüntülər yayımlayıb.

Sitat.info xəbər verir ki, kadrlarda FPV tipli döyüş dronunun modul tipli evin damından havaya qalxması və uzun məsafə qət edərək Rusiya ərazisində yerləşən "Belaya" hava limanında təyyarəni vurması əks olunub.

Videoda pilotsuz uçuş aparatı heç bir maneə ilə qarşılaşmadan hava limanına daxil olur.

Kadrlarda daha əvvəl zərbə endirilmiş təyyarələrdən qalxan tüstü də aydın görünür.

Qeyd edək ki, "Hörümçək toru" əməliyyatı nəticəsində Rusiyanın 4 aerdromunda strateji raket daşıyıcıları da daxil olmaqla, 40-dan çox təyyarə məhv edilib.

Seçilən
211
13
sitat.info

10Mənbələr