3x3 basketbol üzrə Avropa Kubokunun (2025) təsnifat mərhələsinin qrup oyunu çərçivəsində Azərbaycan Kosovo millisi ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, qadın millimiz yerli Kosovo millisinə 22-10 hesabı ilə qalib gəlib. Yığmamız yarımfinalda Malta ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal oyunu 8 iyun Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq və FIBA-nın rəsmi youtube kanalından canlı yayımlacaq.