AZ

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, 3-cü tur çərçivəsində G, H və L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.

Serbiya, Niderland və Avstriya seçmə mərhələdə ilk matçlarına çıxıblar. Serbiya təmsilçisi Albaniyadan "quru" heç-heçə ilə qayıdıbsa, Avstriya Rumıniya, Niderland Finlandiya üzərində qələbəyə sevinib.

İngiltərə yığması qonaq qismində Andorranı, Bosniya və Herseqovina seçməsi San Marinonu tək qolla yenib. Digər "cırtdan" - Malta isə öz meydanında Litva ilə bərabərliyə razılaşıb.

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək.

DÇ-2026
Seçmə mərhələ, Avropa zonası
7 iyun

G qrupu

Malta Litva 0:0

Finlandiya Niderland 0:2
Qollar: Depay, 6. Dumfris, 23.

Xal durumu: Polşa – 6. Finlandiya – 4. Niderland – 3. Litva – 2. Malta – 1.

H qrupu

Bosniya Herseqovina San Marino 1:0
Qol: Dzeko, 66.

Avstriya Rumıniya 2:1
Qollar: Qreqoriç, 42. Zabitser, 60 – Alibek, 90+5.

Xal durumu: Bosniya və Herseqovina – 9. Avstriya – 3. Rumıniya – 3. Kipr – 3. San Marino – 0.

L qrupu

Andorra İngiltərə 0:1
Qol: Keyn, 50.

Albaniya Serbiya 0:0

Xallar: İngiltərə – 9. Albaniya – 4. Latviya – 3. Serbiya – 1. Andorra – 0.

Seçilən
93
fanat.az

1Mənbələr