AZ

Köpək balığından qisas alan şəxs HƏBS EDİLDİ

ABŞ-ın Florida ştatında polis çarter gəmisinin kapitanını köpək balığına qarşı amansızlıq etdiyi üçün həbs edib.

Publika.az xəbər verir ki bu barədə "Local10" məlumat yayıb.

Floridanın Keys arxipelaqının 26 yaşlı sakini Zeyn Qarret mayın 22-də sahildən 7 mil (11,2 km) aralıda süni qayanın yaxınlığında qayıqdan qəssab bıçağı ilə köpək balığının başına bir neçə zərbə vurub və sonra qanı axa-axa onun üzərək uzaqlaşmasına şərait yaradıb. Qarretin hərəkətləri videoya çəkildiyi üçün hadisə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Video müəllifinin sözlərinə görə, Qarret baş verənləri onunla izah edib ki, o, tutduğu ovunu qorumaq və digər köpək balıqlarını qayıqdan uzaqlaşdırmaq üçün qorxu yaratmaq istəyib. Lakin sonradan Qarret etiraf edib ki, köpəkbalığı onun balığını oğurladığı və narahatçılığa səbəb olduğu üçün "daha çox intiqam üçün" bıçaqla vurub.

Dindirmə zamanı kapitan odlu silahla dəfələrlə köpək balıqları ilə qarşılaşdığını deyib.

Seçilən
164
publika.az

1Mənbələr