AZ

Koronavirusa yoluxan Neymarın vəziyyəti açıqlandı

Braziliya millisinin və “Santos”un futbolçusu Neymar koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, iyunun 5-də xəstəliyin simptomları özünü göstərdikdən sonra hücumçu klubun həkimləri tərəfindən tibbi müayinədən keçirilib. Laboratoriya testlərindən sonra oyunçuda COVID-19 aşkarlanıb. Dərhal komandadan kənarlaşdırılan forvardın hazırda evində istirahət etdiyi və simptomatik müalicə aldığı vurğulanıb.

Seçilən
187
13
publika.az

10Mənbələr