“Kəpəz”in baş məşqçi Adil Şükürovla anlaşdığı xəbərini vermişdik. Tərəflər bir müddətdir razılığa gəlsələr də, rəsmi açıqlama verilməyib.
Təyinatın klub tərəfindən açıqlanmaması müxtəlif iddialara səbəb olmuşdu. Ancaq məsələ artıq yekunlaşıb.
Şükürovla rəhbərlik razılığa gəlib. Klub yeni baş məşqçisini açıqlamağa hazırlaşır. Gəncə təmsilçisi üzümüzə gələn həftənin 1-2-ci günlərində Adil Şükürovun təyinatını rəsmən açıqlayacaq.
Xatırladaq ki, təcrübəli mütəxəssis ötən mövsümüm əvvəlində komandaya rəhbərlik edib. Daha sonra onunla yollar ayrılıb.
İdmanxeber.az