
Rusiyanın Penza vilayətində it ananın qucağındakı 3 yaşlı uşağa hücum edib. Telegram kanalı “İnsident Rossiya.112” xəbər verir ki, Angarsk küçəsində, Stara Sur çayı yaxınlığında döyüş it cinsindən olan köpək qəfildən uşağa hücum edib, onu anasının əlindən dartaraq asfalt üzərində sürüyüb və ayağından tutub. Ana oğlunu itdən qorumağa çalışsa da, qəzəbli heyvanla mübarizə aparmaq mümkün olmayıb.Sosial şəbəkələrdə yayılan videolarda it və qadınla uşaq yolda gedərkən it uşağı dartmağa başlayır, həmin vaxt bir kişi gəlib iti qorxudub.Hadisə yerindən it sahibləri qaçaraq gizlənib. Hazırda uşağın valideynləri itdə peyvəndinin olub-olmadığını öyrənmək üçün onları axtarır.My WebpageUlusum.az
Diqqət Çəkənlər
Parisdə şok: Kriptovalyuta nəhənginin qızını oğurlamaq istədilər - VİDEO
Mask və Tramp arasında gərginlikdən sonra ilk “yumşaq” jest
"ƏDV geri al"anlara XƏBƏRDARLIQ